|
Mövlanə İsmayıl Siracəddin Şirvani
Həyatı,
Fəaliyyəti və Ardıcılları

Azərbaycan tarixşünaslığında XIX əsrin tarix və
mədəniyyətinin öyrənilməsi gündəmdə olan
problemlərdən biridir. Nəzərə alsaq ki,
öyrənilən dövrün mədəniyyət daşıyıcıları həmin
mədəniyyəti yaratmış şəxsiyyətlər olmuşlar,
müstəmləkə şəraitində fəaliyyət göstərmişlər,
eləcə də vaxt keçdikcə onların fəaliyyətini
təsdiqləyən maddi və mənəvi materiallar
itib-bata bilər, bu halda belə şəxsiyyətlərin
üzə çıxarılmasının, tutarlı qiymətlərinin
verilməsinin nə dərəcədə aktual və faydalı bir
iş olduğu aydınlaşar.
Təsəvvüf tarixi
tədqiqatçısı
Məhəmməd Məhəmmədcəlil və Azərbaycan Tarixi
Muzeyinin elmi işçisi Fariz Xəlillinin bu
yöndəki fəaliyyəti təqdirəlayiqdir.
Müəlliflər geniş araşdırmalar apararaq,
Azərbaycanın sufi alimlərindən biri olan Mövlanə
İsmayıl Şirvani Kürdəmirinin həyat və
fəaliyyətini tədqiq etməklə kifayətlənməmiş,
eyni zamanda şeyxin çar Rusiyasının qaba, sərt
təzyiqi altında fəaliyyət göstərmiş ardıcılları
və tələbələrinin də tapılıb üzə çıxarılması kimi
çox zəhmət tələb edən işin öhdəsindən bacarıqla
gəlmişlər. Onlar türk, rus və Azərbaycan
dillərində olan çoxsaylı ədəbiyyatı araşdırmaqla
yanaşı, Mövlanə İsmayılın Azərbaycanda yaşadığı
yerləri demək olar ki, qarış-qarış gəzmiş, eləcə
də, şeyxin nəslinə mənsub adamları taparaq
onların alim haqqında xatirələrini toplamış,
onun Türkiyənin Amasiya şəhərində yerləşən
türbəsindəki materiallardan bəhrələnmişlər.
Kitabda XIX əsrin tanınmış alimlərindən olan,
Azərbaycanın, Türkiyənin və bütün Qafqazın
ictimai həyatında mühüm xidmətlər göstərən
Mövlanə İsmayıl Siracəddin Şirvaninin həyat və,
fəaliyyətindən, ardıcıllarından bəhs edilir. İlk
mənbələr əsasında yazılan kitab, tarix,
mədəniyyət və ədəbiyyat ilə maraqlanan geniş
oxucu kütləsi üçün dəyərli mənbədir.
Kitabı əldə etmək üçün elektron poçt ünvanımıza yaza bilərsiniz:
info@ismailshirvani.com
|